Əfqanıstanda koronavirusdan ölənlərin sayı artdı

 13:20 07.04.2020     606

Əfqanıstanda son sutkada koronavirusa yoluxanların sayı 56 nəfər olub.

Redaktor.az xəbər verir ki, məlumatı Əfqanıstan Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, son sutkada koronavirusdan daha 4 nəfər ölüb.

Aprelin 7-nə olan məlumata əsasən, 423 nəfər yoluxub, 11 nəfər isə ölüb.

Ən çox yoluxma faktı Herat əyalətində qeydə alınıb. //Report.az