İranda 11 deputat koronavirusa yoluxub

 13:52 07.04.2020     1152

İran Parlamentinin 11 deputatı koronavirusa yoluxub.

Redaktor.az-ın xəbərinə görə, parlamentin idarəetmə heyətinin üzvü Məhəmməd Rza Tabeş bildirib ki, millət vəkilləri COVID-19 testindən keçirilib, onlardan 11-nin testi müsbət çıxıb. //APA