Dünyada daha bir dəhşətli virus yayıla bilər - Milyonlarla insan öləcək... / FOTOLAR

 15:56 07.04.2020     1035

Cənub-Şərqi Asiyada qidalanma vərdişləri və heyvan bazarları ciddi müzakirə mövzusuna çevrilib.

Redaktor.az xəbər verir ki, nəsli kəsilməkdə olan vəhşi heyvanların restoranlarda satılması bu ölkələrdə “lüks” sayılır.

Təkcə koronovirusun deyil, digər pandemiyaların qarşısını almaq üçün vəhşi heyvan ticarətini dayandırmaq olduqca vacibdir.

Bu cür menyu çeşidlərində oxatan kirpi, yumşaq çanaqlı tısbağa, siçan, kərtənkələ, yarasa, ilan, vəhşi donuz, dağ keçisi və digər heyvanların əti təklif olunur.

Heyvanların ixracı və dərman sektorunda qeyri-təbii yollarla istifadəsi böyük xəstəlik mənbəyi yaradır. Beləliklə, insan sağlamlığı təhlükə altına düşür.

Cənub-Şərqi Asiyadakı bazarlarında demək olar ki, istənilən vəhşi heyvan ətini tapmaq mümkündür.

Mütəxəssislər belə bazarları epidemiyalar üçün münbit ərazi hesab edirlər. Həmçinin, burdan daha dəhşətli viruslar yayıla bilər ki, dünyada milyonlarla insanın ölümünə səbəb olar.

2222222