Türkiyədə "Roketsan”ın hərbi zavodunda partlayış olub

 17:14 07.04.2020     614

Türkiyənin paytaxtı Ankara şəhərində hərbi zavodda partlayış baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir özünün “Twitter” hesabında yazıb: “Türkiyə Silahlı Qüvvələrini Gücləndirmə Vəqfinin nəzdindəki “Roketsan”ın zavodunda qeydə alınmış partlayış nəticəsində ölən olmayıb”.

Ankara Valiliyi isə Almadağ rayonunda yerləşən zavodda baş verən partlayış nəticəsində  3 nəfərin yüngül xəsarət aldığını açıqlayıb. //APA