Fransada koronavirusdan ölənlərin sayı 10,3 mini ötüb

 22:07 07.04.2020     699

Fransada yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 10,3 mini ötüb.

Redaktor.az-ın verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə İdarəsinin baş direktoru Jerom Salomon deyib.

J.Salomon bildirib: "Martın 1-dən koronavirusa yoluxanlar arasında 10 328 ölüm halı qeydə alınıb". Daha əvvəl 8 911 nəfərin öldüyü bildirilirdi.

Onun sözlərinə görə, hazırda xəstəxanalarda 30 minə yaxın insan qalır: "Son 24 saat ərzində koronavirusa yoluxmuş 305 nəfər xəstəxanaya yerləşdirilib". //Trend.az