Yerə yaxınlaşan asteroidi görmək mümkün olacaq

 02:17 08.04.2020     788

Yerə yaxınlaşan asteroidi binoklla görmək mümkün olacaq.

Redaktor.az-ın məlumatına görə, bu barədə V.İ.Vernadski adına Krım Federal Universitetinin dosenti Dmitri Lyaşko bildirib.

O, səma cisminin Yerə təhlükəsiz məsafədə keçəcəyini deyib.

“Yerdən Aya qədər olan məsafə 380 min km-dir. Asteroid təqribən 16 dəfə uzaqdan keçəcək. Bu, bizim planetin qravitasiya sahəsinə düşmək üçün çox uzaq məsafədir”, - deyə elm adamı vurğulayıb.

Qeyd edək ki, “1998 OR2” asteroidi Yerə aprelin 29-da yaxınlaşacaq.

Lyaşko onu da bildirib ki, çay daşına bənzəyən  səma cisminin ölçüsü 2-4 km olacaq. //Oxu.az