Marneuli və Bolnisidə 140 min nəfər tibbi yoxlamadan keçib

 01:56 08.04.2020     374

“Marneuli və Bolnisidə ümumilikdə 140 min nəfərin termoskriniq metodu ilə hərarəti ölçülüb”. 

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib. 

Onun sözlərinə görə, 80-ə yaxın şəxsdə yüksək temperatur qeydə alınıb: “Onların təxminən 30 nəfəri Marneulidəki hərarət ölçmə mərkəzinə çatdırılıb”. 

Mərkəz rəhbəri hər iki rayonda koronavirusun yayılmasının qarşısının alınması məqsədilə ciddi tədbirlərin görüldüyünü deyib. //Oxu.az