Hindistanda koronavirusa yoluxanların sayı 5 mini keçdi

 10:12 08.04.2020     614

Hindistanda son sutkada 773 nəfər koronavirusa yoluxub.

Redaktor.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə və Ailənin Rifahı Nazirliyi yayıb.

Virusa yoluxanların ümumu sayı 5 194-ə çatıb.

Hazırda 4 643 pasiyent müalicə olunur, 149 nəfər ölüb. Ən çox yoluxma faktı Maxaraştr əyalətində qeydə alınıb. Orada 1 018, Tamilnadd 690, ölkə paytaxtı Dehli ərazsində 576 nəfər koronavirusa yoluxub.

Qeyd edək ki, aprelin 21-dək Hindistanda özünütəcrid rejimi tətbiq edilib. //Report.az