Bu ölkədə koronavirus yoxdur - Nə baş verir?

 12:18 08.04.2020     658

Çinin Vuhan şəhərində meydana çıxan və qısa müddətdə bütün dünyaya yayılan koronavirus az sayda ölkədə aşkarlanmayıb.

Redaktor.az bildirir ki, həmin ölkələrdən biri də Türkmənistandır. 

Bəzi mütəxəssislər Türkmənistan hökumətinin həqiqətləri gizlətdiyindən, bunun epidemiyanın yayılmasını sürətləndirəcəyindən ehtiyat edirlər.

Türkmənistan səhiyyə sistemini araşdıran  London Gigiyena və Tropik Tibb Məktəbinin professoru Martin Makki bildirib ki, Türkmənistanın rəsmi səhiyyə statistikasına inanmaq olmaz:

“Son 10 ildə ölkədə QİÇS virusuna yoluxan insan qeydə alınmayıb. Bu, inandırıcı deyil. Əsrin əvvəlində vəba və digər epidemiyaları gizlətdiklərinə dair sübutlar var”.

Türkmənistanda koronavirusun yayılmadığı deyilsə də, epidemiyaya qarşı bəzi tədbirlər görülüb, qadağalar qoyulub.

Bir ay əvvəl qonşu ölkələrlə sərhədlər bağlanıb. Uşuçların istiqaməti dəyişdirilib.