ABŞ əhalisi bu gəmini gözləyirdi - ÇOX PİS XƏBƏR GƏLDİ...

 16:05 08.04.2020     848

ABŞ Prezidenti Donald Trampın göstərişi ilə Nyu-Yorka göndərilən "USNS Comfort" xəstəxana gəmisinin heyət üzvündə koronavirus aşkarlanıb.

Redaktor.az xəbər verir ki, bu haqda ABŞ mediası məlumat yayıb. ABŞ donanmasından verilən açıqlamada gəminin protokol qaydalarına riayət etdiyi, bütün heyət üzvlərinin və xəstələrin təhlükəsizliyini təmin etmək üçün hər cür tədbirlər görüldüyü bildirilib.

Qeyd edək ki, ABŞ-da koronavirusa yoluxanların sayı 400 mini keçib. 11 mindən artıq şəxs ölümcül virusun qurbanı olub.

Orxan İsmayıl / Redaktor.az