İtaliyada koronavirusdan ölənlərin sayı azalmağa başlayıb

 21:05 08.04.2020     779

İtaliyada COVID-19 infeksiyasından ölənlərin sayının azalması dinamikası, həmçinin yeni koronavirusa yoluxma halları davam edir.

Redaktor.az xəbər verir ki, Apennin yarımadasında son 24 saat ərzində 542 nəfər koronavirus infeksiyasından öüb. Bu, 19 mart tarixindən bu yana ən aşağı gündəlik göstəricidir.

Gün ərzində 3836 yeni yoluxma da aşkar edilib, bu, son iki gündəkindən bir qədər çoxdur, ancaq 17 mart tarixindən bəri üçüncü ən aşağı göstəricidir. //APA