ABŞ-da koronavirusa yoluxanların sayı 400 mini keçib

 21:37 08.04.2020     796

ABŞ-da yeni növ koronavirus infeksiyasına yoluxma hallarının sayı 400 min nəfəri keçib.

Redaktor.az xəbər verir ki, bu barədə Cons Hopkins Universitetinin yaydığı statistikada göstərilir.

Məlumata görə, ümumilikdə ölkədə 401 166 nəfər virusa yoluxub, ölənlərin sayı isə 13 minə yaxındır. 22,5 mindən çox xəstə sağalaraq xəstəxananı tərk edib. //APA