Daha bir ölkədə koronavirusdan ölüm qeydə alındı

 22:12 08.04.2020     1176

Somalidə koronavirusa yoluxmuş şəxs ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə “Dalsan” radiosu məlumat yayıb. 

Bildirilib ki, bu, Afrika ölkəsi olan Somalidə qeydə alınan koronavirusdan ilk ölüm halıdır. Ölən şəxs 58 yaşlı kişidir. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 490 000-i ötüb. Bunların 319 017 nəfəri sağalıb, 87 317 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. //Report.az