Ağır koronavirus xəstələrinin olduğu reanimasiyadan FOTOLAR

 22:53 08.04.2020     1242

İngiltərəli həkim Şaan Şahota “Guardian” qəzetinə koronavirus xəstəxanasında gününün necə keçdiyi barədə açıqlama verib.

Redaktor.az xəbər verir ki, Londonda bir xəstəxananın reanimasiya şöbəsində çalışan köməkçi həkim “COVID-2019 bölgəsi” olaraq təşkil olunan yeri xəstələrin səssizcə yatdığı, az sayda tibii personalının böyük işlərin öhdəsindən gəldiyi dünya kimi təsvir edib.

Şahota koronavirusun nə olduğunu hər bir xəstənin üz cizgilərində anladığını deyib:

“Şüru özündə olmayan xəstələrlə dolu palatalara girirəm. Heç kimin səsi çıxmır. Sadəcə monitorların səsləri, xəstələrə təzyiq göstərən havanı vuran ritmik səslər... 12 saatlıq növbədə iki-üç xəstəyə baxıram”, - deyə həkim qeyd edib.

O, koronavirus xəstələrinin xəsarət almaması üçün yatağa təzyiq göstərən nöqtələrə yastıq qoyduğunu əlavə edib:

“Hərəkət bir yana, nəfəs almağa belə çətinlik çəkən xəstələr üçün əlimdən gələni əsirgəmirəm. Ağır şərtlər altında işləyirəm”.

Orxan İsmayıl / Redaktor.az

2222222222222