Moskvada qocalar evində yanğın baş verib - Ölənlər var

 01:48 09.04.2020     1719

Rusiyanın paytaxtı Moskvadakı qocalar evində yanğın olub.

Redaktor.az xəbər verir ki, hadisə zamanı 4 nəfər ölüb, 10 nəfər yanıq xəsarəti alıb.

Hadisə yerinə gələn xilasedicilər binadan 50 nəfəri xilas edə biliblər.

Faktla bağlı cinayət işi açılıb.