Koronavirusun dünya iqtisadiyyatına nə qədər zərər vurub?

 10:39 09.04.2020     899

Koronavirus pandemiyasının yayılması dünya iqtisadiyyatına növbəti 2 il ərzində 5 trilyon dollardan çox zərər vuracaq.

Redaktor.az-ın məlumatına görə, bu barədə “Bloomberg” agentliyi mütəxəssislərin hesablamalarına əsasən yazıb.

Qeyd olunur ki, virusla əlaqədar dünya iqtisadiyyatında 1930-cu illərdən bəri ən irimiqyaslı resessiya yaşana bilər.

Bununla belə, iqtisadi azalma qısamüddətli olsa da, ölkələrə böhranaqədərki vəziyyətə qayıtmaları üçün azı 2 il tələb olunacaq.

Qeyd edək ki, bu günədək dünyada 1,5 milyondan çox insan koronavirusa yoluxub, ölənlərin sayı isə 88 min nəfəri keçib. //Trend.az