Qocalar evində 13 nəfər koronavirusa yoluxub

 11:17 09.04.2020     780

Qazaxıstanda daha 13 koronavirusa yoluxma halı qeydə alınıb.

Redaktor.az-ın verdiyi xəbərə görə, koronavirusa yoluxma halı Qazaxıstanın şimalında, Akmolin vilayətində aşkarlanıb.

Belə ki, vilayətdə yerləşən qocalar evinin 13 sakini koronavirusa yoluxub. Koronavirusa yoluxanlardan ən yaşlısının 99 yaşı var.

Qeyd edək ki, aprelin əvvəllərində Akmolin vilayətində qocalar evinin 2 sakini koronavirusdan vəfat edib.

Ümumlikdə Qazaxıstanda 759 koronavirusa yoluxma halı qeydə alınıb. //APA