Rusiyada koronavirusa yoluxanların sayı 10 mini keçib

 11:57 09.04.2020     1080

Rusiyada son sutka ərzində koronavirusa 1459 yeni yoluxma faktı qeydə alınıb.

Redaktor.az-ın xəbərinə görə, Operativ Qərargahın məlumatda bildirilir ki, ümumi yoluxanların sayı 10131 nəfərə çatıb.

Son sutka ərzində ölənlərin sayı isə 13 nəfərdir. 

Rusiya ərazisində indiyədək koronavirusdan 76 nəfərin öldüyü açıqlanıb. Sağalanların ümumi sayı 698 nəfərdir. //APA