Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

 19:39 09.04.2020     907

Gürcüstanda daha iki nəfərin koronavirusa yoluxması təsdiqlənib.

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 216 nəfərə çatıb. Onların 50-si sağalıb, 3-ü isə ölüb.

Hazırda karantində 4 722, stasionar nəzarətdə isə 408 nəfər var. //Report.az