Britaniyanın Baş Naziri reanimasiyadan çıxıb

 00:09 10.04.2020     857

Britaniyanın Baş Naziri Boris Conson reanimasiyadan çıxıb. 

Redaktor.az-ın xəbərinə görə, bu barədə baş nazirin ofisi məlumat yayıb. 

Məlumatda deyilir: “Baş nazir bu axşam reanimasiyadan geri palataya köçürüldü, sağalma prosesinin ilkin mərhələsində o, yaxın müşahidə altında tutulacaq”. //APA