Koronavirusa yoluxmuş hamilə qadın dünyaya uşaq gətirdi

 00:59 10.04.2020     859

Qazaxıstanda koronavirusa(Covid-19) yoluxmuş hamilə qadın körpə dünyaya gətirib.

Redaktor.az xəbər verir ki, Kızılordu şəhər sakini olan qadının yeni doğulan körpəsi 2 kiloqram 970 qram çəkidə, boyu isə 51 santimetr uzunluqdadır. Uşağın vəziyyətinin qənaətbəxş olduğu deyilir. Onun koronavirusa yoluxub-yoluxmadığını öyrənmək üçün test götürülüb.

Covid-19 daşıyıcısı olan ana isə müalicəsini davam etdirmək üçün yoluxucu xəstəliklər xəstəxanasına köçürülüb.