ÜST-ün baş direktoru ABŞ Senatına çağırıldı

 02:23 10.04.2020     776

ABŞ senatoru Tod Yanq Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesusa məktub göndərərək, Senatın xarici əlaqələr komitəsi qarşısında təşkilatın COVID-19-un yayılması ilə mübarizədə gördüyü tədbirlər haqqında ifadə verməsini xahiş edib.

Redaktor.az xəbər verir ki, bu barədə “Politico” nəşri qeyd edib:

“Çin hökumətinin, koronavirusa yoluxanların sayı barədə dəqiq məlumat verməkdən sistemli şəkildə imtina etməsi, COVID-19 haqqında bilgilərimizə zərər verir. ÜST bununla açıq və qətiyyətli mübarizə aparmaq əvəzinə, buna göz yumdu”.