"Cəhənnəm"dən görüntülər FOTOLAR - Toplu halda basdırırlar...

 13:47 10.04.2020     1214

Hər gün on minlərlə insanın koronavirusa yoluxduğu, 700-800 nəfərin öldüyü Nyu-Yorkda çəkilən fotolar hamını şoka salıb.

Redaktor.az bildirir ki, sözügedən fotoları "Reuters" agentliyi yayıb.

Görüntülərdə məzarda cəsədlərin üst-üstə qalaqlandığı öz əksini tapıb.

Hard adasında bir həbsxananın yaxınlığında qazılan kütləvi məzarlıq koronavirusdan ölənlər üçün nəzərdə tutulub.

Qazılan uzun və dərin çuxurda cəsədlər birlikdə basdırılır. Qurbanların hər hansı birinin ailə üzvləri məzara yaxın buraxılmır.

Hər gün burada təxminən 25 cəsəd torpağa tapşırılır. Torbalara qoyulan cəsədlər tabuta yerləşdirilir. Ölənlərin adları iri hərflərlə başları üstünə yazılır.

Məlumata görə, ABŞ-da koronavirus qurbanlarının arasında qara dərili və Latın Amerika mənşəli şəxslər azlıq təşkil edir.

Orxan İsmayıl / Redaktor.az