Ermənistanda COVID-19-dan ölənlərin sayı 12 oldu - CƏDVƏL

 15:14 10.04.2020     989

Ermənistanda daha bir nəfər koronavirusdan ölüb. 

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Naziri Arsen Torosyan bildirib.

Bununla da Ermənistanda koronavirusdan ölənlərin sayı 12 nəfərə çatıb.

Qeyd edək ki, Azərbaycanda bu virus daşıyıcılarının ümumi sayı 926 nəfərdir.

Koronavirusla bağlı ən qorxulu vəziyyət isə qonşu İranda müşahidə olunur. İranda COVID-2019 virusuna yoluxanların sayı 66 min nəfəri keçib. 

Digər qonşu ölkələrdən Türkiyədə 42 min 282, Rusiyada 11,917, Ermənistanda 937, Qazaxıstanda 802, Gürcüstanda isə 230 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb. //APA

ÖLKƏLƏR YOLUXANLAR ÖLƏNLƏR SAĞALANLAR
Azərbaycan 926 9 101
İran 66,220 4,110 32,309
Türkiyə 42,282 908 2,142
Rusiya 11,917 94 795
Ermənistan 937 12 139
Qazaxıstan 802 9 63
Gürcüstan 230 3 52