ŞOK: 1 aylıq körpə koronavirusa qalib gəlib

 21:09 19.04.2020     1373

Türkiyənin Batman vilayətində 1 aylıq körpə koronavirusa qalib gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə körpənin müalicə olunduğu Batman Qadın Doğum və Uşaq Xəstəlikləri Klinikasının baş həkimi doktor H.Dəmir məlumat yayıb.

O bildirib ki, Məhəmməd adlı körpə 2 həftə əvvəl xəstəxanaya yerləşdirilib və müalicəsi uğurla başa çatıb.

Məlumata görə, körpə xəstəxanadan çıxarılarkən həkim heyəti onu alqışlarla yola salıb.