Türkiyədə COVID-19-dan ölənlərin sayı 2 mini keçib

 22:17 19.04.2020     505

“Türkiyədə daha 127 nəfər pandemiyanın qurbanı olub”.

Redaktor.az-ın məlumatına görə, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.

Onun sözlərinə görə, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 2017 nəfərə çatıb:

“Bu gün 35 344 test aparılıb, 3977 yeni yoluxma aşkarlanıb. Yoluxanların ümumi sayı 86306 nəfərdir. Bu gün daha 1523 pasiyent sağaldı, sağalanların ümumi sayı 11976 nəfərdir”. //Report.az