Qazaxıstanda koronavirusdan ölənlərin sayı 19 nəfərə çatıb

 00:30 20.04.2020     495

Qazaxıstanda koronavirusdan ölənlərin sayı 19-a çatıb. Ölüm hallarının 2-si Alma-Ata şəhərində qeydə alınıb. 

Redaktor.az xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1711 nəfərdir. 

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin göstərişi ilə martın 16-dan etibarən ölkədə tətbiq edilən karantin rejiminin müddəti aprelin sonunadək uzadılıb.