Ermənistanda koronadan daha 2 nəfər öldü
Ermənistanda koronavirusa yoluxanların sayı 1339-a çatıb.
Redaktor.az xəbər verir ki, bu məlumatı Ermənistan Səhiyyə Nazirliyi yayıb.
Məlumata görə, son sutka ərzində koronavirusa 48 nəfər yoluxub. Koronavirusdan daha 2 nəfər ölüb və bununla da ölənlərin sayı 22 nəfərə yüksəlib. //Axar.az