Koronavirus cəhənnəmi başladı! - Fransa alov içindədir... / FOTOLAR

 14:01 20.04.2020     1792

Fransanın paytaxtı Parisdə səhər saatlarında iğtişaş baş verib.

Redaktor.az bildirir ki, koronavirus epidemiyası səbəbilə komendant saatı tətbiq olunan ölkədə polis ilə etirazçılar arasında qarşıdurma yaşanıb.

Nümayiş zamanı Taha Buhavs adlı jurnalist polisin ciddi təzyiqinə məruz qalıb. Onun sözlərinə görə etiraz aksiyası polis avtomobilinin 30 yaşlı gəncin idarə etdiyi motosikleti vurması və onu ağır yaralamasından sonra başlayıb. Jurnalist ölkədəki polislərin amansız rəftarından, vəzifələrindən sui-istifadə etmələrindən danışıb.

Qeyd edək ki, Fransada son sutka ərzində 395 nəfər koronavirusun qurbanı olub. Bununla da virusdan ölənlərin ümumi sayı 19 718-ə yüksəlib.

222