ÇİN: Koronavirus bizə misilsiz zərbə vurdu
Koronavirus pandemiyası Çinin iqtisadi inkişafına misilsiz zərbə vurub, amma hakimiyyət mövcud çətinliyi aradan qaldıra biləcəyini düşünür.
Redaktor.az xəbər verir ki, bunu Çinin İnkişaf və Reformlar Dövlət Komitəsinin Ümumi İqtisadiyyat Şöbəsinin direktoru Yan Pençen deyib:
“Cari ilin ilk rübü həddən artıq qeyri-adidir. Koronavirus pandemiyası II Dünya Müharibəsindən bu yana ən ciddi böhrandır. Bu, Çinin iqtisadi inkişafı üçün zərbə olub, bütün əsas makroiqtisadi göstəriciləri azalıb”.