İtaliyada koronavirusa yoluxanların sayı 180 mini keçib

 20:35 20.04.2020     419

İtaliyada yeni növ koronavirusa yoluxanların sayı sutka ərzində 2256 nəfər artaraq 181 228 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti məlumat yayıb.

Koronavirus infeksiyasına yoluxma nəticəsində son sutkada 454 italiyalı dünyasını dəyişib, virusdan ölənlərin ümumi sayı 24 114 nəfərə çatıb. //APA