Rusiyada 15 min əsgər karantinə alınıb - Qonşuda təhlükə böyüyür...

 22:13 20.04.2020     508

Rusiyada 9 May – Qələbə günü paradına hazırlaşan 15 minə qədər hərbçi karantinə alınıb.

Redaktor.az bildirir ki, onların hazırlıq zamanı sosial məsafə qaydalarını pozması deyilir. Hərbçilər 2 həftə karantində saxlanılacaq. Hələlik hər hansı əsgər və ya zabitdə koronavirusun aşkarlanıb-aşkarlanmadığı haqqında məlumat verilməyib.

Rusiyada II Dünya müharibəsinin 75-ci ildönümü təntənəli surətdə qeyd olunmalı idi, lakin koronavirusa görə bu parad təxirə salınıb.

Rusiya Prezidenti Vladimir Putin epidemiyanın tədricən azaldığını, amma pik səviyyəyə hələ çatmadığını qeyd edib. Putin koronavirusun ölkədəki bütün sahələrə zərər verdiyini bildirib.