Özbəkistanda daha 30 nəfərdə COVID-19 aşkarlanıb

 09:27 21.04.2020     576

Özbəkistanda ötən sutkada 30 nəfərə koronavirus diaqnozu qoyulub.

Redaktor.az xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Mərkəzi Asiya ölkəsində indiyədək 1 657 infeksiya aşkarlanıb.

Özbəkistanda indiyədək 5 nəfər koronavirusun qurbanı olub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 482 000-i ötüb. Bunların 652 170 nəfəri sağalıb, 170 471 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.