Gürcüstanda koronavirusa yoluxanların sayı 408-ə çatıb

 09:50 21.04.2020     468

Gürcüstanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 408 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bildirilib ki, hazırda ölkə üzrə karantində 4779 nəfər saxlanılır, stasionar müalicədə isə  561 nəfər var. Virusa yoluxmuş şəxslərdən 95-i sağalıb, 4 nəfər isə vəfat edib. //APA