Onlayn xınayaxdı keçirildi - VİDEO

 01:16 22.04.2020     700

İstanbulda yaşayan Pınar Gürkan və Mutlu Toksöz cütlüyü koronavirus epidemiyasına görə toylarını təxirə salmağa məcbur olub.

Redaktor.az-ın xəbərinə görə, çərşənbə günü şahidlərin iştirakı ilə evlənəcək və nikah mərasimini “Instagram”da canlı yayımlayacaq cütlük xınayaxdı mərasimini də onlayn nümayiş etdirib.

Xınayaxdı mərasiminə cütlüyün ailə üzvləri və yaxınlarından 37 nəfər ölkənin müxtəlif şəhərlərindən onlayn şəkildə qatılıb. Xınayaxdı mərasimində gəlin qırmızı libas geyinib, yaxınları isə şam yandıraraq, “Yüksək-yüksək təpələrə” mahnısını ifa edib. //Oxu.az

22