Koronavirus 97 yaşlı təqaüdçülərə sevgi bəxş etdi - FOTO

 02:49 22.04.2020     579

İngiltərənin Prestviç şəhərindən olan təqaüdçülər bir-birini sevdiklərini anlayıblar və  koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan təcrid rejimini bir yerdə keçirmək qərarına gəliblər.

Redaktor.az xəbər verir ki, 97 yaşlı müharibə veteranı Robert Uolş  və Lilian Qrandi 2019-cu ilin noyabr ayında Xatirə Günündə tanış olublar.

Uzun illər əvvəl Uolş sualtı qayıqda xidmət edib, Qrandi isə bombardmançı təyyarələr zavodunda işləyib.

Onlar tezliklə ümumi dil taparaq, həftədə üç gün görüşməyə başlayıblar.

Pandemiya başlayanda təqaüdçülər bir-birini sevdiyini, ayrılmaq istəmədiklərini anlayaraq, münasibətləri yeni mərhələyə keçirmək qərarına gəliblər, eyni evdə yaşamağa başlayıblar.

İndi Uolş bağda sevdiyi qadın üçün ukuleledə ifa edir. Onlar bir yerdə mahnı oxuyur, əylənirlər.

“Mən ona aşiq olmuşam. Biz bu dəhşətli virusun yaxşı tərəfini tapdıq: artıq birlikdəyik”, - deyə Uolş bildirib. //Oxu.az

222