Pakistanda koronavirusdan ölənlərin sayı 200-ü ötdü

 10:15 22.04.2020     535

Pakistanda ötən sutkada 17 nəfər pandemiya qurbanı olub.

Redaktor.az xəbər verir ki, bu barədə ölkə hökuməti məlumat yayıb. 

Pakistanda koronavirusdan ölənlərin sayı 209-a çatıb.

Məlumata görə, yoluxma hallarının sayı da artaraq 9 749-a yüksəlib.

Cənubi Asiya ölkəsində koronavirusdan sağalanların sayı 2 156 nəfərdir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 557 000-i ötüb. Bunların 695 336 nəfəri sağalıb, 177 688 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. //Report.az