Ukraynada son sutkada 13 nəfər koronavirusdan ölüb

 11:00 22.04.2020     708

Ukraynada son sutka ərzində yeni növ koronavirusa 467 yoluxma qeydə alınıb, 13 nəfər ölüb.

Redaktor.az-ın xəbərinə görə, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ukraynada indiyə kimi 6592 nəfər koronavirusa yoluxub, 174 nəfər ölüb. //APA