Bu ölkədə daha bir virus yayıldı: 38 min insan...

 11:29 22.04.2020     835

Malayziyada son 4 ayda 38 mindən çox insan ağcaqanad dişləməsi ilə keçən danq qızdırmasına yoluxub.

Redaktor.az xəbər verir ki, ən çox yoluxma halı Selanqor şəhərində qeydə alınıb. Burada 4 ay ərzində 23 min 22 nəfər xəstəliyə yoluxub.

Qeyd edək ki, Malayziyada yeni tip koronavirus pandemiyası da hökm sürür. Bu günə kimi 5 min 482 nəfər pandemiyaya yoluxub. //Axar.az