Estoniyada koronavirusa yoluxanların sayı 1559-a yüksəlib

 12:47 22.04.2020     768

Estoniyada ötən sutkada 7 nəfərə koronavirus diaqnozu qoyulub.

Redaktor.az xəbər verir ki, Estaniyada koronavirusdan 44 nəfər ölüb, sağalanların sayı isə 184 nəfərdir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 565 000-i ötüb. Bunların 696 861 nəfəri sağalıb, 177 789 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. //Report.az