Xaricdə 90 Gürcüstan vətəndaşı koronavirusa yoluxub

 19:27 22.04.2020     367

Xarici ölkələrdə yaşayan 90 Gürcüstan vətəndaşı koronavirus infeksiyasına yoluxub.

Redaktor.az xəbər verir ki, bunu Gürcüstanın Xarici İşlər nazirinin müavini Aleksandre Xvtisiaşvili bildirib.

Onun sözlərinə görə, həmin şəxslərin vəziyyəti normaldı: “Xarici İşlər Nazirliyi COVID-19-a yoluxan Gürcüstan vətəndaşlarının vəziyyətini nəzarətdə saxlayır”.

XİN rəsmisi qeyd edib ki, həmin şəxslər xəstəliyi orta ağır formada keçirdiyindən müalicələri ev şəraitində həyata keçirilir. //Report.az