Gürcüstanda koronavirusa yoluxanların sayı 416-ya çatıb

 19:47 22.04.2020     387

Gürcüstanda yeni növ koronavirusa (COVid-19) yoluxanların sayı 416 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib. Onun sözlərinə görə, yoluxmuş şəxslərdən 105-i artıq sağalıb, 5-i isə vəfat edib.

Qeyd edək ki, hazırda Gürcüstanda koronavirusa görə karantində 5160 nəfər saxlanılır, stasionar müalicədə isə 579 nəfər var. 

Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-də təsdiqlənib. //APA