Türkiyədə koronavirusa yoluxanların sayı 100 minə yaxınlaşır

 21:25 22.04.2020     385

Türkiyədə koronavirusa yoluxanların sayında yenidən artım olub.

Redaktor.az xəbər verir ki, son sutkada qardaş ölkədə daha 117 nəfər pandemiyanın qurbanı olub.

Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bununla bağlı verdiyi açıqlamasında qeyd edib ki, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 2 376 nəfərə çatıb.

O, həmçinin daha 3 083 nəfərə koronavirus diaqnozu qoyulduğunu və beləliklə, infeksiya daşıyıcılarının sayının 98 674-ə yüksəldiyini bildirib.

F.Koca Türkiyədə indiyədək 16 477 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxıldığını da vurğulayıb. //Oxu.az