Fransada daha 544 nəfər koronavirusdan ölüb

 22:14 22.04.2020     416

Fransada epidemiyanın əvvəlindən bu günədək koronavirusdan ölənlərin sayı 21 340 nəfərə çatıb. Son sutkada isə daha 544 nəfər virusdan ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Baş Səhiyyə İdarəsinin baş direktoru Jerom Salomon brifinq zamanı açıqlama verib.

“Epidemiyanın əvvəlindən bu günədək xəstəxanalarda 13 236 nəfər ölüb, onların 80%-i 75 yaşdan yuxarı insanlardır, qocalar evində və digər tibbi-ictimai yerlərdə ölənlərin sayı isə 8104 nəfərdir. Ümumilikdə bu günədək Fransada 21 340 nəfər virusdan ölüb”.