Ermənistanda koronavirusa yoluxanların sayı 1500-ü ötüb

 11:05 23.04.2020     747

Ermənistanda daha 50 nəfərdə koronavirus aşkarlanıb.

Redaktor.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 1 523-ə çatıb. Ölkədə indiyədək virusdan 24 nəfər ölüb.

Bildirilib ki, indiyədək 659 nəfər virusdan sağalıb.

Qeyd edək ki, aprelin 22-nə olan məlumata görə, ölkədə bir gündə 72 yoluxma faktı qeydə alınmışdı.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 639 000-i ötüb. Bunların 722 171 nəfəri sağalıb, 184 263 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.