Bu ölkədə 1 həftədir yoluxma qeydə alınmır - Koronavirus

 11:22 23.04.2020     1062

Vyetnamda son 7 gündə koronavirusa yoluxma faktı qeydə alınmayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Vyetnamın Səhiyyə Nazirliyi məlumat yayıb.

Ölkədə indiyədək 268 nəfər koronavirusa yoluxub. Onların 223-ü tam sağalıb.