ABŞ-da koronavirus həqiqəti ortaya çıxdı

 11:26 23.04.2020     937

ABŞ-da yeni tip koronavirusdan ilk ölümün bu halın elan olunduğu tarixdən daha əvvəl baş verdiyi ortaya çıxıb.

Redaktor.az xəbər verir ki, bunu Kaliforniya əyalətində yerləşən “Santa Klara” Təcili Tibbi Yardım Mərkəzinin həkimləri iddia edib.

İddiaya əsasən, Santa Klara qəsəbəsində pandemiyadan ilk ölüm halı martın 9-da deyil, daha öncə baş verib.

Bildirilir ki, fevralın 6-sı və 17-də həyatını itirən iki şəxs üzərində tibbi ekspertiza aparılıb və nəticələr Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinə göndərilib.

Mərkəz şəxslərin ölüm səbəbinin yeni tip koronavirus olduğunu təsdiqləyib. //Axar.az