Bolnisidə koronavirusa yoluxanların sayı 60-a çatıb

 11:40 23.04.2020     612

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Bolnisi rayonunda daha beş nəfərdə koronavirus təsdiqlənib.

Redaktor.az xəbər verir ki, bununla da rayonda COVID-19 infeksiyasına yoluxanların sayı 60-a çatıb.

Həmin şəxslərin ikisi vəfat edib, digər ikisi isə sağalıb.