Qırğızıstanda koronavirusa daha 25 nəfər yoluxub

 09:37 24.04.2020     502

Qırğızıstanda ötən sutka ərzində yeni növ koronavirusa 25 yoluxma halı qeydə alınıb.

Redaktor.az-ın verdiyi məlumata görə, bunu ölkənin Səhiyyə nazirinin müavini Nurbolot Usenbeyev brifinq zamanı deyib.

Onun sözlərinə görə, yoluxma hallarından 6-sı ölkənin paytaxtı Bişkek şəhərində, 3-ü Oş vilayətində, 3-ü Oş şəhərində, 4-ü Çuy vilayətində, 9-u isə Narin vilayətində aşkarlanıb.

Nazir müavini qeyd edib ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 656 nəfərə çatıb. //APA