Ukraynada koronavirusdan ölənlərin sayı 200-ə çatıb

 10:25 24.04.2020     674

Ukraynada daha 477 nəfərdə koronavirus aşkarlanıb.

Redaktor.az xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, Ukraynada koronavirusa yoluxma faktlarının sayı 7 647-yə çatıb.

Bundan başqa, Şərqi Avropa ölkəsində virusdan ölənlərin sayı daha 6 nəfər artaraq 193 nəfərə yüksəlib.

İndiyədək 601 nəfər koronavirusdan sağalıb.

Qeyd edək ki, aprelin 22-nə olan məlumata görə, ölkədə bir gündə 467 yoluxma faktı qeydə alınmışdı.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 726 000-i ötüb. Bunların 749 751 nəfəri sağalıb, 191 075 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. //Report.az